Melani Tramp, Pompeo, Şəhla Hümbətova: Azərbaycanlı vəkilin böyük uğuru - FOTO, VİDEO

 

Martın 4-də ABŞ-ın Dövlət katibi Michael R.Pompeo Dövlət Departamentində İllik Beynəlxalq Cəsarətli Qadınlar mükafatını təqdim edib. Bu il mükafat dünyadan 12 qeyri-adi qadına verilir.

Mükafata layiq görülənlər sırasında 2013-cü ildən Azərbaycanda vəkil kimi fəaliyyət göstərən Şəhla Hümbətova da var.

Musavat.com "Azadlıq" radiosuna istinadən xəbər verir ki, mükafatlandırma mərasimində Birinci ledi Melania Tramp çıxış edib.

Mükafat artıq 14-cü ildir verilir. Məqsəd dünyada sülh, ədalət, insan haqları, gender bərabərliyi, qadınlara səlahiyyət verilməsi üzrə müstəsna cəsarət və liderlik göstərən, bunu adətən böyük şəxsi risk və qurban verərək edən qadınları tanımaqdır.

2007-ci ilin martından bəri Dövlət Departamenti 73 ölkədən 134 qadını bu mükafata layiq görüb. Bu ilki təqdimatdan sonra laureatların sayı 146-ya çatacaq.

Bu il Beynəlxalq Cəsarətli Qadın mükafatına layiq görülənlər sırasında Əfqanıstandan keçmiş mer Zarifa Ghafari, Ermənistandan jurnalist Lucy Kocharyan, Boliviyadan jurnalist Ximena Galarza və digərləri də var.

Musavat.com xəbər verir ki, sosial şəbəkədə həmkarları və jurnalistlər Ş.Hümbətovanı təbrik ediblər. Hüquqşünas Ələsgər Əhmədoğlu isə təltif fotosunu paylaşaraq aşağıdakıları yazıb: "Şəkildə solda ABŞ Prezidentinin xanımı Melania Tramp"dır. Sağdakı ABŞ dövlət katibi Mike Pompeodur. Ortadakı isə Azərbaycan Vəkillər Kollegiyası tərəfindən vəkilliyin 100 iliyi qeyd olunan il min bir oyunla vəkillikdən çıxarılan Şəhla xanımdır. Şəhla xanıma nüfuzlu mükafat olan "Cəsarətli qadınlar" mükafatını ABŞ dövlət katibi Mike Pompeo təqdim edir və ABŞ-ın Birinci Xanımı Melania Tramp təbrik nitqi söyləyir. Bizim "vəkilliyi inkişaf etdirənlər" isə onun məsləyini icra etmə yollarını bağlamaqla öz "tövhələrini" verirlər. Təbriklər Şəhla xanım!"

Musavat.com

 


Tarix: 5-03-2020, 10:40
Xəbəri paylaş





Xəbər lenti