Kreml: Əsəd Putin və Ərdoğan arasındakı danışıqların nəticəsini yüksək qiymətləndirdi

 

Rusiya Prezidenti Vladimir Putin və Suriya lideri Bəşər Əsəd arasında telefon danışığı olub.

KONKRET.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Mənbə bildirir ki, Suriya lideri Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı danışıqların nəticəsini yüksək qiymətləndirib, Rusiya liderinə terrorizmlə mübarizədə verdiyi dəstəyə və Suriyanın suverenliyi və ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı səylərinə görə təşəkkürünü çatdırıb.

“Vladimir Putin Bəşər Əsədin 5 martda keçirilmiş Rusiya-Türkiyə Zirvəsi zamanı əldə edilən razılaşmalar barədə məlumat verərək, onların həyata keçirilməsinin İdlib zonasında vəziyyətin sabitləşməsinə kömək edəcəyini vurğuladı” deyib.

Martın 5-də Ərdoğan Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə görüşlər keçirib. Nəticədə ortaq sənəd razılaşdırılıb. Martın 6-da hərbi əməliyyatların dayandırılması, Suriyadakı M4 magistral yolunun şimalında və cənubunda altı kilometr genişlikdə təhlükəsizlik dəhlizinin yaradılması barədə anlaşılıb.   

Siam.az

Tarix: 7-03-2020, 09:32
Xəbəri paylaş





Xəbər lenti