KONKRET.az Ukrayna mediasına istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski şənbə günü çıxan İngililtərənin “The Guardian” nəşrinə verdiyi müsahibəsində söyləyib.
“Əlbəttə, orada (Rusiyada) yeni bir prezident meydana çıxacaq. Bu, baş verəcək. O, hansı prezidentdir, bilmirəm. Ancaq bütün totalitar rejimlərin eyni şəkildə sona çatdığını görürük” deyib Zelenski.
Ukrayna lideri bildirib ki, Putin Rusiyada heç vaxt hakimiyyəti Zelenski kimi adama verməyəcək.
O, bu ölkədə qanlı bir inqilab gözlədiyini deyib: “Mən insanların heç bir yerdə ölməsini istəmirəm. Ancaq biz başa düşməliyik ki, yayı nə qədər uzatsaq, bir vaxt qırılacaq”.