Təbrizdə koronavirus tüğyan edir: “Evdən çıxmayın” - ÇAĞIRIŞ


Təbrizdə koronavirus tüğyan edir: “Evdən çıxmayın” - ÇAĞIRIŞ

Təbriz Tibb Universitetinin rektoru Məhəmməd Hüseyn Somi əyalətdə koronavirus epidemiyasının geniş yayılması ilə bağlı ciddi xəbərdarlıq edib.

Cebhe.info-nun məlumatına görə, Hüseyn Somi son 24 saat ərzində daha 16 nəfərin koronavirusa yoluxduğunu deyib. Hazırda əyalətdə 146 nəfərin virusa yoluxduğu dəqiqləşib. Bu xəstəlikdən ölənlərin sayı isə 14 nəfərə çatıb. Tibb Universitetinin rektoru televiziya ilə çıxışı zamanı koronavirus epidemiyası ilə bağlı əhaliyə müraciət edib.

“Təhlükə çox ciddidir. Hər kəs bu xəbərdarlıqları ciddiyə almalıdır. Hamı bilməlidir ki, xəstəxanaların imkanı məhduddur. Virus daha çox yayılarsa, artıq xəstələrə xidmət göstərmək imkanımız olmayacaq. Kimsə düşünməsin ki, bu vəziyyəti nəzarətə almaq asan məsələdir. Hazırda əyalətin tibbi imkanlarının 60 faizi koronavirus epidemiyasına sərf olunur”- deyə, o bildirib.

Məhəməd Hüseyn Somi xəstələrin 10 faizinin ailə içində, 90 faizinin isə ictimai yerlərdə bu virusa yoluxduğunu diqqətə çatdıraraq hər kəsi evdən çölə çıxmamağa və ictimai məkanlardan uzaq olmağa çağırıb.


Tarix: 10-03-2020, 14:38
Xəbəri paylaş





Xəbər lenti