Fransa «Milli birlik» partiyasının başçısı Marin Le Pen miqrant axını ilə mübarizədə Yunanıstana köməklik göstərməsini Fransa və Avropa Birliyindən (AB) tələb edib. Bildirib ki, Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan Avropanı islamlaşdırmaq istəyir. Bu barədə «Ouest-France» qəzeti xəbər verib.
“Fransa və Avropa Yunanıstanın köməyinə çatmalı və miqrasiya siyasətini tamamilə dəyişməlidir” - deyə, Fransa qəzeti siyasətçinin seçki kampaniyası çərçivəsində Marseldəki son görüşü zamanı səsləndirdiyi bəyanatdan sitat gətirir.
Ankaranın mirantları Avropaya buraxmaq barədə qərarından bir həftə sonra Le Pen öz çıxışında Türkiyəni uzun-uzadı tənqid edib və bildirib ki, Ərdoğan Avropa İttifaqını (Aİ) «şantaj edir, Avropanı islamlaşdırmaq məqsədi güdür.
«O, özü bunu məmnuniyyəilə etiraf edir: «Əgər Allah istəsə, Avropa məsəlman diyarı olacaq»» - deyə, Le Pen hiddətlənmiş tərəfdarlarının fit səsləri altında bəyan edib.
«Milli birlik»in lideri qeyd edib ki, milyonlarla həqiqi avropalı indi Yunanıstanın «halına acıyır» - «sivilizasiyamızın beşiyi» olan bu ölkə indi qitə miqyasında «miqrasiya hücumu»nun hədəfinə çevrilib.
Bununla bağlı olaraq, Marin Le Pen Fransa hakimiyyətini ittiham edib. Bildirib ki, beynəlxalq siyasət ilk növbədə, qüvvələr nisbətidir - Tramp və Putin bunu yaxşı bilir.
Bundan başqa, Le Pen Avropa İttifaqını «immiqrasiya tərəfdarlarının məxfi, demək olar gizlədilməyən» təsiri altında olan nəhəng aldatma tarixi adlandırıb. Buna nümunə olaraq, siyasətçi milyarder Sorosun adını çəkib. Məqalədə qeyd olunur ki, bu zaman kütlə içərisindən kimsə qışqırıb: «Əclafdır!».
AzPolitika.info