Koronavirusun bütün dünyaya yayıldığı Çində xəstəxanalarda çalışan tibb işçiləri maskalarını çıxarmağa başlayıb.
Moderator.az xəbər verir ki, 5 minə yaxın insanın ölümünə səbəb olan koronavirusun mərkəzi sayılan Çində ölüm nisbəti və xəstə sayı xeyli azalıb. Son 24 saatda həyatını itirənlərin sayı 7 olaraq açıqlanarkən virusa 8 nəfərin yoluxduğu bildirilib.
Pekin rəhbərliyi virusun mərkəzi sayılan Uhan şəhərindəki bütün sahə xəstəxanalarını bağlayıb. Çində virusun nəzarət altına alınması həkim və tibb bacılarının üzlərindən oxunub. Son gələn görüntülərdə ölümcül virusla mübarizə aparan tibb işçiləri maskalarını ilk dəfə çıxarmağın xoşbəxtliyini yaşayıb.
Kamran