Rusiya alimi isti havanın koronavirusu məhv edəcəyinə dair iddiaları fantaziya adlandırıb

 

“Havaların gündəlik hərarətinin artması ilə koronavirusun yayılmasının dayanacağı barədə söylənilənlərin heç bir əsası yoxdur.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının xalq təsərrüfatı institutunun ictimai səhiyyənin proqnozlaşdırılması və analizi laboratoruyasının rəhbəri, tibb elmləri doktoru Boris Reviç söyləyib.

“İndi bəziləri yüksək temperaturda koronavirusun gedəcəyini deyir. Bu əsl uydurma və fantaziyadır. Virus olduqca rahat hava temperaturuna amlik Uhandan (orada gündəlik hərarət dekabr ayında belə 10 dərəcədən yuxarıdır) gəlib. Ona görə bu virusu havaların hər hansı istiləşməsi qorxuda bilməz”,-deyə o qeyd edib.

Ekspert buna görə istiləşməyə infeksiyadan xilas olma yolu kimi baxmağın mənasız olduğunu ifadə edib.

“Özü də anladığım qədər virusun əsl sahibinin və daşıyıcısının kim olduğu üstündə diskussiya gedir.. Heç bunun özünü tapa bilməyiblər”,-deyə rusiyalı alim bildirib.


Tarix: 16-03-2020, 16:47
Xəbəri paylaş





Xəbər lenti