"Facebook", "Google" və "Microsoft" koronaviurs haqqında dezinformasiyalara qarşı birləşdilər

 

ABŞ-ın 3 iri informasiya texnologiyası nəhəngi, “Facebook”, “Google” və “Microsoft” şirkətləri, həmçinin” Linkedİn”, “Reddit”, “Twitter” və “Youtube” onlayn platformaları koronavirus epidemiyası barədə dezinformasiyalara qarşı birgə mübarizə aparacaqlarını bəyan ediblər.

“Bizlər COVİD-19”a qarşı cavab tədbirlərini görülməsi ilə bağlı səylərə qoşularaq sıx əməkdaşlıq edəcəyik. Bizlər milyonlarla insanın bir-birləri lə bağlantıda qalmasına, habelə virus haqqında fırıldaq və yalan informasiyalaırn yayılmasına qarşı mübarizə aparacaq, onlayn platformalarımızda səhiyyə sahəsində çalışan dövlət idarələri ilə koordinasiya şəklində ən yeni və doğru məlumatları çatdıracağıq”-deyə bəyanatda bildirilir.

ABŞ-ın texnologiya şirkətləri digər firmaları da analoji addıma atmağa ağıraraq “cəmiyyətlərin sağlam və təhlükəsiz olması üçün çalışdıqlarını” vurğuayıblar.

Qeyd olunur ki, ABŞ-da artıq 4,6 min koronavirus xəstəsinin olduğu aşkar edilib. Onlardan 85-i ölümlə nəticələnib. ABŞ hakimiyyəti vətəndaşlara bütün səyahətlərini ləğv etməyi, 10 nəfərdən artıq toplanmamalarını, restoranlara baş çəkməmələrini və imkan olduqca evdə çalışmalarını məsləhət görüb. Bir sıra ştatlarda isə artıq karantin vəziyyəti elan olunub.

Musavat.com

Tarix: 17-03-2020, 15:05
Xəbəri paylaş





Xəbər lenti