"Ən vacib olanı, xəstəliyin bizi aradan qaldırmasına fürsət vermədən həm virusu, həm də onun psixoloji və iqtisadi təsirlərini aradan qaldıra bilən müqaviməti nümayiş etdirə bilməyimizdir"
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çankaya köşkündə keçirilən "Koronavirus Koordinasiya Yığıncağı" çərçivəsində əhəmiyyətli açıqlamalar verib.
Toplantı salonunun dezinfeksiya edildikdən və qatılanlar arasında sosial məsafə təmin edildikdən sonra toplantı başlayıb. Toplantıya nazirlərlə yanaşı yüksək vəzifəli tibbi işçilər də qatılıb.
Prezident Ərdoğanın çıxışını Moderator.az oxucularına təqdim edirik:
"Xəstəliyi nəzarət altında saxlamaq üçün tədbirlər həyata keçirdik. Yeni növ koronavirus (Kovid-19) tədbirləri ilə əlaqədar, millətimizi yaxşı məlumatlandırsaq və xəstəliyi nəzarət altında saxlasaq, gözəl bir mənzərə bizi gözləyir. Könüllü və ya məcburi karantin tətbiq etmə səbəbindən gündəlik həyatı ləngidən belə bir proses bir çox ölçü ilə yanaşı ciddi iqtisadi nəticələrə səbəb olacaq.
Türkiyə olaraq həm bu xəstəliyin epidemiya halına çevrilməsinə mane olmağa, həm də istehsalı, ticarəti, məşğulluğu, iqtisadiyyatı canlı tutmağa məcburuq. Ölkəmizin avqust 2018-ci ildə yaşadığı faiz, inflyasiya hücumunun təsirlərindən yeni yeni xilas olmağa, işlərin təkrar yoluna girməyə başladığı bir dövrdə, əlbəttə ki, Kovid-19 ilə mübarizə apararkən bütün iqtisadiyyatın təkərlərinin sənaye və ticarətlə fırlanmasını təmin etmək asan deyil. Bunun üçün dövlətimizin üzərinə düşən vəzifələr olduğu kimi, özəl sektorumuzun da yerinə yetirməli olduğu məsuliyyətlər var. Bunu bu prosesdən çıxardığımız zaman daha böyük imkanların gözlədiyini görə bilərik. Əlbəttə ki, bu prosesə bir tərəfdən səbr və digər tərəfdən dua ilə nail olacağımıza inanıram."
Ərdoğan, Çindəki epidemiya dövrünün dünyanı, xüsusən də Avropanı istehsal üçün alternativ axtarmağa məcbur etdiyini xatırladıb.
İstehsal alternativ deyilincə də ilk ağıla gələn yerlərdən birinin Türkiyə olduğuna diqqəti çəkən Prezident Ərdoğan, "Virus epidemiyası və neft ucuzlaşması ilə əlaqəli olaraq maliyyə sahəsində yaşanan inkişaflar də ölkəmizə əlavə üstünlüklər təmin edəcək. Əgər önümüzdəki bir neçə həftəlik dövrü yaxşı idarə etsək, millətimizi yaxşı məlumatlandıra bilsək, xəstəliyi nəzarət altında saxlaya bilsək, ümid etdiyimizdən də gözəl bir mənzərə bizi gözləyir. Ən vacib olanı, xəstəliyin bizi aradan qaldırmasına fürsət vermədən həm virusu, həm də onun psixoloji və iqtisadi təsirlərini aradan qaldıra bilən müqaviməti nümayiş etdirə bilməyimizdir" - deyə vurğulayıb.
Ərdoğan, Çankaya köşkündə təşkil edilən Koronavirüslə Mübarizə Toplantısının açılışında, yığıncağın ardından mətbuat konfransında millətə edəcəyi müraciətdə, xəstəliyin dünyadakı və Türkiyədəki müddətini ətraflı bir şəkildə izah edəcəklərini ifadə etdib.