Türkiyədə koronavirusa yoluxanların sayı 359-a çatıb –4 nəfər bu virusdan ölüb


Türkiyədə koronavirus infeksiyasına yoluxma nəticəsində ölənlərin sayı 4-ə çatıb.

Bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib.

Nazir qeyd edib ki, son 24 saatda 1981 nəfərin analiz nəticələrində 191-nin cavabı pozitiv çıxıb.

Bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 359-a çatıb. (apa)

Tarix: 20-03-2020, 10:44
Xəbəri paylaş





Xəbər lenti