Dünyanı cənginə alan koronavirusa yoluxmamaq üçün tövsiyələrə əməl etməyə çalışdığımız bir zamanda bir qrup şəxs yerin altında həyatını davam etdirir.
Cebhe.info xəbər verir ki, illərdir ərzaq, dərman və silah saxlayaraq mümkün fəlakət ssenarisinə hazırlaşdıqlarını bəyan edən bu şəxslər "Biz bu günə hazırlaşırdıq" deyiblər.
15 ildir ki, ABŞ-da fəlakət ssenarisinə hazırlaşan 59 yaşlı Ceyms Vesley əsas məqsədinin ailəsini qorumaq olduğunu deyib. O bildirib ki, yüzlərlə maskası, tibbi əlcəyi və 4 ilə kifayət edəcək qədər ərzaq ehtiyatı var.
O bildirib ki, dünyada baş verəcəyini gözlədiyi fəlakətə hazırlıq olaraq ailəsini bura köçürüb. Ailənin yeraltı sığınacağı meşədə yerləşir və ovçuluqla məşğul olur: "1992-ci ildən bəri yerin altında yaşayıram. Ailəm də mənimlə birlikdə yaşayır. Dünyada sadəcə dezinfeksiya vasitələri, təmizlik vasitələri yox, həm də ərzaq problemi yaşanacaq. Mən bu məsələdə də özümə güvənirəm".
ABŞ-ın İllions ştatında inşa etdiyi sığınacaqda yaşayan 67 yaşlı Deyl Lambert isə bildirib ki, illərdir koronavirusa bənzər bir hadisəyə özünü hazırlayıb: "Karantin həftələr yox, illərlə davam edə bilər".
Onun sözlərinə görə, 1 il kifayət edəcək qədər ərzaq ehtiyatı var. Evindən 1,5 km uzaqdakı anbarda saxlanılır. 9 aylıq ərzaq sifarişini də verib. Onun sözlərinə görə, 30 il boyunca hər gün 40 vitamin qəbul edir.