Rusiya yeni tip koronavirusa (Covid-19) qarşı hazırlanan üç peyvənd prototipinin sınaqlarına başlayıb.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiya İstehlakçıların Hüquqlarının və İnsanların Rifahının Müdafiəsi üzrə Federal Xidməti (“Rospotrebnadzor”) məlumat yayıb.
“Prototiplər “Vector” virusologiya və biotexnologiya dövlət elmi mərkəzində ən qısa müddətdə hazırlanıb. Elm adamları hal-hazırda heyvanlar üzərində immunogenlik araşdırmalara başlayıblar. Pilot tədqiqatların nəticələrinin iyun ayında, ikinci mərhələnin üçüncü rübün əvvəlində tamamlanması planlaşdırılır. Alimlərin hesablamalarına görə, peyvənd cari ilin dördüncü rübündə tətbiq edilməyə hazır olacaq”, - məlumatda bildirilib.