“Xaricə getməyin, oturun evinizdə” – Lukaşenko xaricə gedənlərə əsəbiləşdi

  
Belarusiya Prezidenti Aleksandr Lukaşenko hesab edir ki, rəsmilər yeni növ koronavirusla yoluxma təhlükəsi barədə hakimiyyətin davamlı xəbərdarlıqlarına baxmayaraq, xaricə gedən vətəndaşlara çarter təyyarələri göndərməməlidirlər.
Lukaşenko respublikanın bir sıra dövlət orqanlarının rəhbərləri ilə görüşdə, dünyanın çox çətin vəziyyətdə olmasına baxmayaraq, bir çox belaruslunun dincəlmək üçün xaricə qaçdıqlarına diqqət çəkib.
"Biz artıq var gücümüzlə qışqırırıq ki, xaricə getməyin, oturun evinizdə. Xeyr, nə olur-olsun, onlar sərhədi tərk edirlər", - Belarus lideri deyib.
Sonda o, xəbərdarlıqlara baxmayaraq xaricə gedənlərə "heç bir çarter" verilməməsini tələb edib.
Dövlət başçısı əlavə edib: "Madam ki, bizi eşitməyib, oraya gediblər, qoy orada da otursunlar". Eyni zamanda, o, bəzən həqiqətən xaricə getmək və "bəzi problemləri" həll etmək lazım olduğunu da etiraf edib. /Qaynarinfo
Tarix: 21-03-2020, 21:14
Xəbəri paylaş





Xəbər lenti