Ağ Ev “neft müharibəsi”ndə tərəfini seçdi: Kreml çətin durumda


Ağ Ev “neft müharibəsi”ndə tərəfini seçdi: Kreml çətin durumda

ABŞ Rusiyaya qarşı yeni alyans yarada bilər.

Məqsəd “neft müharibəsi”ndə Səudiyyə Ərəbistanı ilə birlikdə olmaqdır.

Cebhe.info xəbər verir ki, bu plan OPEK-dən çıxış zamanı üçün nəzərdə tutulub. Bu barədə “The Wall Street Journal (WSJ)” yazıb.

Nəşrin yazdığına görə, bu ideya son zamanlar uçuruma yuvarlanan neft qiymətlərini stabilləşdirə bilər. Söhbət 9 martda neftin kəskin ucuzlaşmasından, başqa sözlə, "qara bazar ertəsi"ndən gedir.

Xatırladaq ki, bundan əvvəl də Ağ Ev Rusiyaya qarşı sanksiyaları mümkün hesab edib. Rusiya OPEK+ sazişini imzalamaqdan imtina edib. Bunun nəticəsində neftin qiymətində 40 faizlik ucuzlaşma qeydə alınıb. Bu isə 2001-2003-cü illər üçün ən aşağı həddir.

Tarix: 21-03-2020, 22:09
Xəbəri paylaş





Xəbər lenti