Koronavirus dünyanın ən böyük xəstəxana-gəmilərini hərəkətə gətirdi - Nadir görüntülər...





Koronavirus təhlükəsinin genişlənməsi ABŞ hərbi donanmasının xəstəxana-gəmilərini hərəkətə gətirib.

 

Moderator.az xarici mediaya istinadən xəbər verir ki, koronavirusa tutulan şəxslərin sayının artması, bu səbəblə də tibb müəssisələrinə edilən müraciətlərin sayının kəskin artması xəstəxanalara olan tələbatı kəskin artırıb. Bu səbəblə də ABŞ hərbi dəniz donanmasına məxsus nəhəng xəstəxana-gəmilər hərəkətə gəlib. Lakin hərbi tibbi gəmilərlə bağlı ən böyük problem onların yoluxucu xəstəliklərin müalicəsi üçün nəzərdə tutulmamasıdır. 

Bu səbəbdən də gəmilərdən istifadə ilə bağlı iki fərqli yanaşma mövcuddur. Bunlardan birincisi, xəstəxanalardakı qeyri-koronavirus xəstələrinin bir qismini gəmilərə köçürmək, boşalan palatalara koronavirus xəstəsi olan şəxsləri gətirməkdəir. İkinci bir təklif isə, donanma gəmilərində yoluxucu xəstəliklərlə mübarizəyə hazır səviyyəyə gətirmək, bunun ardınca həmin gəmiləri koronavirus xəstəliyindən əziyyət çəkən şəxslərin üzərinə açmaqdır.

 

Mütəxəssislər hesab edir ki, donanma gəmiləri və hərbi həkimlərin prosesə müdaxiləsi mülki xəstəxana və həkimlərin üzərinə düşən ağırlığı qismən də olsun yüngülləşdirə bilər.

Tarix: 22-03-2020, 06:47
Xəbəri paylaş





Xəbər lenti