Dünyada koronavirusa yoluxanların sayı 300 mini keçdi


 Son 3 saat ərzində dünyada koronavirusa yoluxanların sayı 6 min nəfərə yaxın artıb.
Musavat.com xarici mənbələrə istinadən bildirir ki, hazırda dünyada bu virusa yoluxanların ümumi sayı 304 min 56 nəfərə yüksəlib. İndiyədək ölənlərin sayı isə 12 min 983 nəfərdir. 94 min 674 nəfər müalicə alaraq sağalıb, 196 min 399 nəfər hazırda müalicə alır və onlardan da 9 min 377 nəfərinin vəziyyəti ağırdır.
Son saatlarda dünyada ən çox yoluxma halının qeydə alındığı ölkələr İtaliya (6 min 557 nəfər) və Amerikadır (4 min 759 nəfər).
Tarix: 22-03-2020, 06:50
Xəbəri paylaş





Xəbər lenti