Qonşu ölkədə küçəyə çıxan yaşlıları qovurlar - Video


elll

Türkiyədə bu gündən yaşı 65-ı keçmiş şəxslərə küçəyə çıxmaq qadağan olunub. Amma yaşlı adamlardan qanuna əməl etməyənlər var.


Bizimyol.info xəbər verir ki, Türkiyədə küçəyə çıxan yaşlıları qovurlar. Bu gün sosial şəbəkələrdə paylaşılan bir neçə video, foto belə deməyə əsas verir. Bir neçə şəkildə polislərin küçədə görünən yaşlı adamları saxladığı görünür. Bir videoda isə sıravı insanların məsələyə sərt münasibəti əksini tapıb. Görüntülərdə skamyada əyləşən yaşlı iki kişiyə yuxarı mərtəbələrdən su atıldığı gözə dəyir.

Türkiyə koronavirusa yoluxma hallarının çox sürətlə artdığı ölkələrdəndir. Son dörd gündə təxminən 8 dəfə artım olub. Türkiyə Səhiyyə Nazirliyinin son məlumatına görə, ölkədə 947 yoluxma halı qeydə alınıb. İndiyə qədər 21 nəfər bu səbəbdən həyatını itirib.



Tarix: 22-03-2020, 21:19
Xəbəri paylaş





Xəbər lenti