Koronavirus pandemiyası ilə mübarizə tədbirlərindən biri kimi İsrail hökuməti insanları küçələrdən dağıtmaq üçün dronlardan istifadə etməyə başlayıb.
Moderator.az bu haqda yerli mediaya istinadla xəbər verir.
Bu cür tədbirlər bu gün – martın 22-dən qüvvəyə minən gücləndirilmiş təhlükəsizlik tədbirləri çərçivəsində tətbiq edilir. Həmin qərarlara əsasən vətəndaşlar yalnız zəruri mal və məhsullar almaq, işə getmək və ya idmanla məşğul olmaq üçün, eyni zamanda birlikdə iki nəfərdən çox olmamaq şərti ilə bayıra çıxa bilərlər.
Polis dronunun işə salındığı ilk şəhər Bat-Yam olub. Havaya qalxan kvadrokopter kamera və səsgücləndirici dinamiklə təchiz olunub. Və lazım gəldikdə bu cür xəbərdarlıqlar edilir:
“Əziz sakinlər, siz Səhiyyə Nazirliyinin qanun və sərəncamlarını pozursunuz! Zəhmət olmasa, öz sağlamlığınız naminə evlərinizə qayıdın! "