Melaniya Trampın koronavirus testinin nəticəsi mənfi olub


Donald Tramp və Melanya Tramp

ABŞ-ın birinci xanımı Melaniya Tramp koronavirus testindən keçib və nəticələri mənfi oldu.


APA “TASS”-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi brifinqdə açıqlayıb.

“Bəli, onun vəziyyəti əladır, nəticələr neqativdir”, - deyə Tramp jurnalistlərin onun xanımının koronavirus testindən keçib-keçməməsi ilə bağlı sualının cavabında bildirib.

Trampın özü isə 14 martda yoxlamadan keçib və nəticələrin mənfi olduğu qeyd edilib.

Tarix: 24-03-2020, 10:30
Xəbəri paylaş





Xəbər lenti