“Buranı cəhənnəmə çeviriblər” - İngiltərədə koronavirusdan xilas olan Türkiyə vətəndaşı yaşadıqlarını danışır

 

 

“Küçədə hər kəs öskürür, kimin xəstə, kimin sağlam olduğu bilinmir”

Covid-19 dünyanın onlarla ölkəsinə yayılıb. Müxtəlif coğrafiyada yaşayan Türkiyə vətəndaşları da bundan təsirlənib. İngiltərədə yaşayan 35 yaşlı Gökhan Tebrizcik, korona virusuna tutulan Türkiyə vətəndaşlarından yalnız biri idi. Təbrizcik xəstələndikdən sonra göstərdiyi amansız mübarizə ilə həyata davam gətirə bildi. Musavat.com Türkiyə mediasına istinadən bu gəncin hekayəsini yazır. 

KORONA VIRUS SİMPTOMLARI HANSILARDIR? 

Təbrizcik altı ay əvvəl həyat yoldaşı Burcu Tebrizcik ilə dil öyrənmək üçün İngiltərəyə gedib. Korona virusdan qurtulmağa nail olan Türkiyə vətəndaşı çətin prosesi bütün detalları ilə izah edib. Təbrizcik simptomların görünməyə başladığı 10 Martdan bəri gedən prosesin detallarını izah edib. 

CORONA VİRÜSÜ SON DAKİKA: Kovid-19'u yenen Türk anlattı, gündeme oturdu! Corona virüsü belirtileri için bunları söyledi

İngiltərə rəhbərliyinin bir sıra fəlakətli qərarlar verərək ölkəni cəhənnəmə çevirdiyini söyləyən Təbrizcik, yaşadıqlarını söyləyib:

Həkimi gözlədim

"Biz altı aydır Londonun cənubunda həyat yoldaşımla birlikdə yaşayırıq. Bu ölkədə dil öyrənmək və peşə təhsili almaq üçün təqaüd əldə etmişik. Həyat yoldaşım psixoloqdur və mən proqram təminatçısıyam. Mən peşə təhsili alıram, eləcə də dil kursuna gedirəm. Martın 10-da axşam qəflətən qusmağa və öskürməyə başlayanda qorxduğum şey başıma gəldi. Yoldaşımın işlədiyi King's College Hospital adlı xəstəxanaya müraciət etdikdən sonra beş saat bir skamyada həkim gözlədik. Həkim qızdırmanımı ölçdükdən sonra parasetamol verdi. Nə baş verdiyini başa düşməyə çalışırdım. Temperaturum bir az aşağı düşəndə məndən qan nümunəsi alındı. Bir neçə saat sonra həkim yanıma gəlib, Covid-19 olduğumu söyləyərək, “Başlanğıc mərhələsidir. Vəziyyətin yaxşı kimi görünür, evində istirahət et” dediyi zaman beynimdən vurulmuşa döndüm. Etiraz etmək istəyəndə isə heç mənə əhəmiyyət vermədən yanımdan çıxıb getdi”. 

CORONA VİRÜSÜ SON DAKİKA: Kovid-19'u yenen Türk anlattı, gündeme oturdu! Corona virüsü belirtileri için bunları söyledi

Həyat yoldaşım həyata bağlıdır 

"Həyat yoldaşımla evə qayıdanda bir qutu parasetamol və antibiotik aldım. İlk iki gün qızdırma, qusma və ağrı oldu. Ailəmizdən uzaqlaşdıq. Bu xəstəliyə qarşı həssas və məlumatlı olmaq çox vacibdir. Qızdırmanız birdən qalxır. Qızdırma qalxanda özünüzü sərinlətməlisiniz. Ümumi soyutma üsullarından istifadə etdik. Virus infeksiyası riski barədə narahat olmayaraq həyat yoldaşım bütün xəbərdarlıqlarımda mənə kömək etdi. Yoldaşım Burcunun psixoloq olması, mənim də uşaqlıqda tez-tez qızdırmadan əziyyət çəkməm vəziyyətə uyğunlaşmama səbəb oldu. Amma dörd gün yata bilmədim. Daim özümü sakitləşdirməyə çalışırdım: "Yüksək hərarətim var, ona görə də sayıqlayırsan, qarabasmaların olur, bütün bunlar keçəcək” deyirdim öz-özümə. Ancaq düşüncələrimi idarə edə bilmədiyim anlar oldu. Ölümdən çox qorxurdum, həyat yoldaşımın dəstəyi məni diri hiss etməyimə səbəb oldu”. 

CORONA VİRÜSÜ SON DAKİKA: Kovid-19'u yenen Türk anlattı, gündeme oturdu! Corona virüsü belirtileri için bunları söyledi

BURDA SİSTEM ÇOX BƏRBADDIR

"Xəstəliyin dördüncü günü səhiyyə ocağından mənə zəng gəldi. Tələsik xəstəxanaya gəlməyimi dedilər. Simptomlarım ortadan qalxmışdı. Bu dəfə də özəl bir müayinə otağına apardılar. İçəri girən qadın həkim testi təkcə özünün apardığını dedi, təəccübləndik. Testdən keçirildiyimi deyincə cavab vermədən yenidən testdən keçirəcəyini dedi. Nəticələr pozitivdi, amma şikayətlərim bitmişdi. O gün səhərə qədər xəstəxanada yataraq müalicə aldım. Nə olduğunu bilmədiyim bir çox dərman verildikdən sonra evimə gedə biləcəyim söyləndi. 14 günü tamamlamam lazım gəldiyini bildirdilər. Bəlkə də yaşıma görə xəstəliyi dörd gün ərzində atlatdım, amma çox acılı və sancılı keçdi. Öskürək şikayəti çox azalsa da, bir az davam edir, amma heç qızdırmam qalxmır. Həyat yoldaşımla eyni evdə yaşadıq. Bir neçə gündür ki, yüngül qızdırma və sümük ağrılarım var. Buradakı xəstəxana nümayəndələri testdən keçirilmək üçün qızdırmanın bir neçə gün yüksək həddə olmasını şərt kimi irəli sürürlər. Burda səhiyyə sistemi çox bərbaddır. Xəstəxanaya getdiyiniz zaman bir baryer var və ancaq bu baryeri keçdiyiniz halda xidmət ala bilirsiniz. Məndə Covid 19 virusu çıxandan sonra heç bir xəbərdarlıq edilmədən evə yollandım”. 

HÖKUMƏT İNGİLTƏRƏNİ CƏHƏNNƏMƏ ÇEVİRDİ

Gökhan Tebrizcik: "İngilis idarəçilər, verdikləri fəlakətli qərarlarla ölkəni cəhənnəmə çevirdilər. Küçədə kimin olduğu, kimin korona olmadığı, kimin kim olduğu dəqiq deyil. Amma buna baxmayaraq, hər kəs öskürür. Virusun yayıldığı dönəmdə heç bir tədbiri ləğv etməyib, metro səfərlərinin sayını yarıya qədər azaldılar. Avtobuslarda çox qələbəlik arasında səyahət etməyə məcbur qaldım və bu zaman virusun mənə də yoluxduğunu düşünürəm. Həyat yoldaşım hər gün çörək və içməli su axtarır. İngiltərə bu virusa çox hazırlıqsız yaxalandı və ilk dönəmdəki zəncirləmə immunitet modelinə görə çox ciddi problemlər yaşanacaq. Bəlkə də indi vəziyyəti ən pis olan ölkə ola bilər. Xəstəliyi atlatdıqdan sonra test keçirilsə, rəqəmlərin gerçək olmadığı ortaya çıxır. İtaliyada kim xəstədir, kim deyil, bilinmir, doğrusu”. 

EVDƏN ÇIXA VƏ ÇÖRƏK TAPA BİLMİRİK

Gökhan Tebrizcik: "Yaşadıqıarımıza baxmayaraq, bizə verilən burs və viza haqqını itirməmək üçün geri qayıtmağı düşünmədik. İngiltərədə küçəyə çıxma qadağası başladı. Amma marketlərdə qida məhsulları tapmaq demək olar ki, mümkünsüz. 25 gündür çörək tapmaqda çətinlik yaşayırıq. Bizim yaşadığımız bölgə aşağı gəlirli qaçqın və xaricilərin yaşadığı bir məkandır. İnsanlar marketlər açılan kimi oranı az qala talan edirlər. Qida satışının talonla olduğunu öyrəndik. Evdən çıxmırıq. Nə olacaq, bilinmir”. /Musavat.com /


Tarix: 26-03-2020, 19:47
Xəbəri paylaş





Xəbər lenti