1918-ci ildə ortaya çıxan və 500 milyon insana təsir edən qrip epidemiyasından xilas olan 105 yaşlı Jose Ameal Pena adlı şəxs, koronavirus (COVİD-19) epidemiyasına qarşı tövsiyələr verib. Pena keçmişdən dərs çıxarmağı və bütün bəşəriyyətin bu epidemiyaya birlikdə müqavimət göstərməli olduğunu vurğulayıb.
1918-ci ilin yanvar ayında baş verən 18 aylıq qrip epidemiyası 17-50 milyon (100 milyon da deyilir) insanın ölümünə səbəb olub və 500 milyon insana təsir göstərib. Bu da həmin vaxt üçün dünya əhalisinin dörddə birini təşkil edirdi. 1918-ci il qrip epidemiyası bəşər tarixindəki ən ölümcül qlobal epidemiya olaraq tarix kitablarında "İspan qripi" adıyla yer alıb. Bu ölümcül epidemiyadan sağ çıxan Jose Ameal Pena, bütün insanları koronavirus epidemiyasına qarşı birlikdə mübarizə aparmağa çağırıb.
İspaniyanın şimalındakı bir balıqçı kəndində yaşayan Jose Ameal Pena qripin yayıldığı vaxt 4 yaşında olub.
1918-ci ildəki epidemiya ilə bağlı İspaniya mediasına danışan Pena bunları deyib: "Oyandığımda gəzə bilmirdim. Əllərim və dizlərim üzərində sürünürdüm. Müxtəlif dövrlərdə yaşasaq da, yenə də oxşar bir şeyin olacağından qorxuram.
1918-ci ildəki qrip epidemiyasından xilas olanlardan biri də Florida ştatında yaşayan 107 yaşlı Joe Newman adlı şəxsdir.
107 yaşlı kişi də hazırda dünyaya diz çökdürən korona virus haqqında bunları deyib: "Bəziləri deyirlər ki, boş şeydir keçəcək. Bəli, keçəcək. Ancaq nə bahasına?. Belə vəziyyətlərdə sən mənə, mən də sənə kömək etməliyəm. Bu, yaşadığımız hər ağır dönəmlərdə bu cür olub. Sonra geriyə baxanda biz bu cür bəlalardan əslində yardımlaşma ilə xilas olduğumuzu görürük”.
Turan Oruc
Musavat.com