Rus ordusu koronavirus təlimlərinə başladı: İnsanlar dronlarla təqib ediləcək...





Rusiyada koronavirus təhlükəsinin genişlənməsi fonunda orduda “xüsusi növ” təlimlərə start verilib.

 

Moderator.az rus mediasına istinadən xəbər verir ki, aparılan təlimlərdə məqsəd hərbçilərə epidemiyanın episentrində işləməyi öyrətməkdir. Koronavirusun daha da genişlənəcəyi təqdirdə müasir texnologiyalardan istifadə etməklə hərbçilərin vəziyyətə nəzarət etməsi, karantin rejimini pozan vətəndaşları dronlar vasitəsi ilə izləməsi, habelə digər zəruri tədbirləri həyata keçirməsi planlaşdırılır. Fəaliyyət planına əsasən radiasiya, kimyəvi və bioloji mühafizə bölmələrin bu prosesdə xüsusilə aktiv rol alması gözlənilir.

 

Bu bölmələr qarşısında qoyulan mühüm tələblərdən biri də çirklənmiş ərazi və mərkəzlərin müəyyən edilməsidir. Bölmələr qarşısında qoyulan vəzifələrdən biri də karantin və tibbi tədbirləri kompleks şəkildə həyata keçirməkdir.

Tarix: 28-03-2020, 09:14
Xəbəri paylaş





Xəbər lenti