Rusiya koronovirusa qarşı dərman hazırladı
Rusiyanın Federal Bioloji Agentliyi koronovirus infeksiyasının müalicəsində istifadə etmək üçün dərman hazırlayıb.Musavat.com RİA-Novostiyə istinadən xəbər verir ki, bu barədə Agentliyin mətbuat xidməti məlumat yayıb.
Lakin dərman preparatının adı, xüsusiyyətləri açıqlanmır.
Qeyd edək ki, söhbət Covid-19-dan qorunmağa qarşı peyvənddən yox, koronavirus xəstələrinin müalicəsindən gedir.
Tarix: 28-03-2020, 18:50