
İranla həmsərhəd olan ölkədə virusa yoluxma halı qeydə alınmayıb
Hurriyyet.org xəbər verir ki, Türkmənistan koronavirusla mübarizəyə radikal şəkildə yanaşmağı qərara alaraq, bu sözün özünü qeyri-qanuni elan edib.
“Sərhədsiz reportyorlar” birliyinin verdiyi xəbərə görə, “Dövlət KİV-nə bundan sonra bu sözdən istifadə eləmək qadağan edilib və hətta bu söz tibb ədəbiyyatından belə çıxarılıb”.
İranla həmsərhəd dövlət olan Türkmənistanda rəsmən bir nəfər də olsun, koronavirus xəstəsi qeydə alınmayıb. Yerli sakinlər pandemiya barəsində informasiyadan məhrumdurlar. “Biz israrla beynəlxalq ictimaiyyəti buna reaksiya verməyə çağırırıq”, - deyə “Sərhədsiz reportyorlar” təşkilatı çağırış edib.
Qeyd edək ki, bu yaxınlarda Türkmənistan prezidenti Qurbanqulu Berdmhəmmədov üzərlik bitkisinin tüstüsünün virusun öhdəsindən gələ biləcəyini bildirmiş, dədə-babaların bu üsulla sağaldığını söyləmişdi.