Türkiyə NATO-nun iclasını yarımçıq tərk etdi - QALMAQAL


Türkiyə NATO-nun iclasını yarımçıq tərk etdi - QALMAQAL

Türkiyə NATO-nun ilk virtual konfransını yarımçıq tərk edib.

Cebhe.info xəbər verir ki, qalmaqal Yunanıstanla miqrant məsələsinin müzakirəsi zamanı yaranıb. Bu barədə “Kathimerini” məlumat yayıb.

Məlumata görə, Xarici İşlər nazirlərinin müzakirəsi zamanı iki ölkənin sərhədində bu ilin martında miqrant ölümü gündəmə gəlib. Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu bunun günahını Yunanıstanın üzərinə atıb. Buna cavab olaraq yunanıstanlı nazir Nikos Dendias Ankaranı ittiham edib.

Buna görə də nazir iclası təcili tərk edib. O, hətta baş katib Yens Stoltenberqin çıxışını belə gözləməyib. Yunan nazir hesab edib ki, Türkiyə bu vasitə ilə miqrantlarla bağlı vəziyyətdən öz xeyrinə yararlanmaq istəyir.

Tarix: 3-04-2020, 20:27
Xəbəri paylaş





Xəbər lenti