Dünyada koronavirusa yoluxanların siyahısında ciddi dəyişiklik: Çin 6-cı yerə endi...Yeni siyahı

 

Dünyada koronavirus infeksiyasına (COVİD-19) yoluxma və bu virusdan ölüm halları sürətlə artmaqda davam edir. Artıq yoluxanlarla bağlı cədvəldə ciddi dəyişiklik var. 

Dünyaya bu virus Çindən yayılsa da, hazırda Çin sıyahıda 6-cı yerə enib. Amerika isə demək olar ki, pandemiyanın əhatəsində qalıb. Yoluxanların ümumi sayı 1 milyonu keçdikdən sonra ölüm və yoluxma sayı bəzi ölkələrdə çox sürətlə artmaqdadır. Xüsusilə də siyahıda ilk beşlikdə yer alan ölkələrdə vəziyyət daha da ağırdır. Lakin tibb sahəsi üzrə alimlərin proqnozuna görə aprel ayının sonlarına doğru yoluxma azalacaq, ölüm sayı artacaq. May ayından isə proses azalan xətt üzrə davam edəcək. Təbii ki, əgər karantin şəraitinə doğru əməl edilərsə...

Musavat.com xarici mənbələrə istinadən bildirir ki, hazırda dünyada koronavirusa yoluxanların ümumi sayı 1 milyon 172 min 889 nəfər, ölənlərin ümumi sayı isə 62 min 829 nəfərdir. Siyahıda birinci yerdə ABŞ-dır. Son bir neçə saatda ABŞ-da koronavirusa yoluxanların sayı 23 min 271, ölənlər isə 747 nəfərdir. ABŞ-da koronavirusdan həm yoluxma, həm də ölüm halları son günlər xeyli artıb. Ümumilikdə bu ölkədə 300 min 432 nəfər koronavirusa yoluxan, 8 min 151 nəfər bu virusdan ölən var.

Dünyanın koronavirusa yoluxan ölkələrinin siyahısında ilk beşlikdə ABŞ-dan sonra İspaniya, İtaliya, Almaniya və Fransa gəlir.

Rusiyada koronavirusa yoluxanların sayı 1800-ü keçdi

İspaniyada son günlər yoluxma sayı sürətlə artır. Belə ki, bu ölkədə son məlumatlara görə koronavirusa yoluxanların sayı 5 min 537, ölənlər isə 546 nəfərdir. Ümumilikdə İspaniyada 124 min 736 nəfər koronavirusa yoluxub, 11 min 744 nəfər isə ölüb.

İtaliyada koronavirusa son saatlarda yoluxanların sayı 4 min 805 nəfər, ölənlərin sayı 681 nəfərdir. Ümumilikdə İtaliyada koronavirusa yoluxanların sayı 124 min 632 nəfər, ölənlərin ümumi sayı isə 15 min 362 nəfərdir. Dünyada yoluxanların sayına görə ABŞ birinci yerdə olsa da, koronavirusdan ölənlərin sayına görə ilk yerdə İtaliya gəlir. İtaliyada son üç gündə yoluxma sayı xeyli dərəcədə (təxminən 3 dəfə) azalıb.

Koronavirusa yoluxanların sayı 200 000-i ötdü - Report.az


Almaniyada son saatlarda 991 nəfər yoluxub, 55 nəfər ölüb. Almaniyada ümumi yoluxanların sayı 92 min 150 nəfər, ölən isə 1330 nəfərdir. Almaniyada yoluxma və ölüm sayı ötən günün eyni saatı ilə müqayisədə xeyli aşağıdır.

Fransada vəziyyət daha da gərgindir. Belə ki, günlərdə Fransada koronavirusdan ölənlərin ümumi sayında ciddi artım var. Bu gün üçün rəqəmlər hələ açıqlanmasa da ümumilikdə Fransada 82 min 165 nəfər koronavirusa yoluxub, 6 min 507 nəfər ölüb.

Çində isə gün ərzində 19 nəfər yoluxub, 4 nəfər ölüb. Ümumilikdə 3 həftəyə yaxındır ki, bu ölkədə yoluxanların sayı 80 minin üzərində (81 min 639) dayanıb. Ölənlər isə bir həftədən çoxdur ki, 3-4 min arasındadır (hazırda 3 min 326 nəfər). Koronavirusun ilk yayıldığı Uhan şəhərində karantin rejimi də yumşaldılıb. Çinin bu virusa qalib gəldiyi söylənilir.

Dünyada koronavirusa yoluxanlar 800 mini keçdi: ölənlər 39 minə ...

Onu da qeyd edək ki, Türkiyədə də yoluxma sayında artım var. Belə ki, son saatlarda qardaş ölkədə 3 min 13 nəfər yoluxub, 76 nəfər isə bu virusdan dünyasını dəyişib. Ümumilikdə bu ölkədə 23 min 934 nəfər koronavirusa yoluxan, 501 nəfər isə ölən var.

Ümumilikdə dünyada hazırda 867 min 960 nəfər koronavirus xəstəsi var. Onlardan 41 min 606 nəfərinin vəziyyəti ağırdır.


Musavat.com

Tarix: 4-04-2020, 22:28
Xəbəri paylaş





Xəbər lenti