Kreml neft şərtini açıqladı: İndi gözlər Ağ Evdə...


Kreml neft şərtini açıqladı: İndi gözlər Ağ Evdə...

Neft ölkələri 9 apreldə keçiriləcək OPEC+ iclasını gözləyir.

Belə bir zamanda Rusiyanın neft hasilatını azaldacağı şərt məlum olub.

Cebhe.info xəbər verir ki, rəsmi Moskva neft hasilatını 10 faiz azaltmağa razıdır. Məlumatı "Boloomberg" öz mənbəyinə istinadən yayıb.

Ancaq Kremlin buna görə öz şərti var. Əgər ABŞ da hasilatı azaltmaqla bağlı qərarı dəstəkləyərsə, o zaman Rusiya bu təkliflə razılaşacaq.

Xatırladaq ki, bazarda qiymət oynaması 6 martda başlayıb. Bir neçə gün ərzində neft kəskin dəyər itirib. Qiymətlərdə azı 30 faizlik azalma qeydə alınıb.

Tarix: 5-04-2020, 22:11
Xəbəri paylaş





Xəbər lenti