Ukraynada karantin rejimini pozan 46 şəxs barəsində cinayət işi açılıb


 Ukraynada koronavirusla bağlı elan edilən karantin rejiminin pozulması ilə bağlı 3 min 922 inzibati protokol tətbiq edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Milli Polisi məlumat yayıb.
Bundan başqa karantin rejimini pozan 46 şəxs barəsində cinayət işi açılıb.
Qeyd edək ki, aprelin 6-dan Ukraynada karantin şərtləri sərtləşdirilib. Ölkədə maskasız və respiratorsuz, uşaqlar istisna olmaqla, iki nəfərdən artıq, yaşı 16-dan aşağı olmamaqla gəzənlər, kütləvi-mədəni, idman, dini tədbirlərdə 10 nəfərdən artıq iştirak edənlər cərimələnəcək.
Xatırladaq ki, sərtləşdirilmiş karantin müddəti aprelin 24-ə kimi davam edəcək.
Tarix: 7-04-2020, 08:34
Xəbəri paylaş





Xəbər lenti