Ermənistanda koronavirusa yoluxma və ölüm hallarının artması sərhədlərin tam olaraq bağlanması ilə nəticələnib.
7 apreldən etibarən ölkəyə bütün əcnəbilərin girişi qadağan edilib.
Cebhe.info xəbər verir ki, buna görə də ölkədə "Fövqəladə vəziyyət haqqında" Qanuna dəyişiklik edilib.
Rəsmi İrəvan qanundakı dəyişikliyi virusun bütün ölkəni əhatə etməsi ilə əlaqələndirib.
İndi Ermənistan sərhədini ancaq Xarici İşlər Nazirliyinin əməkdaşları və onların ailə üzvləri, beynəlxalq təşkilatların nümayəndələri keçə bilər.