Koronavirusa yoluxanlarla bağlı cədvəl dəyişir: Çində ölüm yoxdur, Fransada isə...

 
Dünyada koronavirus infeksiyasına yoluxma sayı əvvəlki günlərlə müqayisədə aşağıdır. Lakin yoluxma üzrə siyahıda öndə olan ölkələrdə dəhşətli ölüm statistikası qalmaqdadır.
Dünyaya bu virus Çindən yayılsa da, hazırda Çin sıyahıda 6-cı yerə enib. Bu gün Çində koronavirusdan ölüm halı olmayıb.Siyahıya liderlik edən Amerikada yoluxanların sayı ötən günlərlə müqayisədə azalıb. Lakin digər ölkələrlə müqayisədə göstərico yüksəkdir. Ümumi ölüm sayına görə siyahıda birinci olan İtaliyada da həm yoluxma, həm də ölüm sayı əvvəlki günlərlə müqayisədə aşağıdır. Fransada isə həm ölüm, həm də yoluxma son günlərdə sürətlə artır. Fransa yoluxanların ümumi sayına görə də siyahıda 4-cü yerə yüksəlib. Qardaş Türkiyədə bu günə olan yoluxma sayı həm İtaliya, həm də İspaniyadan çox olub...
Musavat.com xarici mənbələrə istinadən bildirir ki, hazırda dünyada koronavirusa yoluxanların ümumi sayı 1 milyon 410 min 69 nəfər, ölənlərin ümumi sayı isə 81 min 10 nəfərdir. Siyahıda birinci yerdə ABŞ-dır. Son saatlarda ABŞ-da koronavirusa yoluxanların sayı 19 min 100 nəfər, ölənlər isə 1371 nəfər olub. Ümumilikdə bu ölkədə 386 min 104 nəfər koronavirusa yoluxan, 12 min 242 nəfər bu virusdan ölən var.
Dünyanın koronavirusa yoluxan ölkələrinin siyahısında ilk beşlikdə ABŞ-dan sonra İspaniya, İtaliya, Fransa və Almaniya gəlir.
Son saatlarda İspaniyada 3 min 836 nəfər yoluxub, 557 nəfər ölüb. Ümumilikdə İspaniyada 140 min 511 nəfər koronavirusa yoluxub, 13 min 897 nəfər isə ölüb.
İtaliyada koronavirusa son saatlarda yoluxanların sayı 3 min 39, ölənlər 604 nəfərdir . Ümumilikdə İtaliyada koronavirusa yoluxanların sayı 135 min 586 nəfər, ölənlərin ümumi sayı isə 17 min 127 nəfərdir.
Fransada son saatlarda 11 min 59 yoluxma, 1417 ölüm qeydə alınıb. Ümumilikdə Fransada 109 min 69 nəfər koronavirusa yoluxub, 10 min 328 nəfər ölüb.
Almaniyada son saatlarda 3 min 129 nəfər yoluxub, 131 nəfər ölüb. Ümumi yoluxanların sayı 106 min 504 nəfər, ölən isə 1941 nəfərdir.
Siyahıda 9-cu olan Türkiyədə bu gün koronavirusa 3 min 892 nəfər yoluxub, 76 nəfər ölüb. Ümumilikdə ölkədə 34 min 109 yoluxma 725 nəfər ölüm qeydə alınıb.
Dünyada hazırda 1 milyon 28 min 312 nəfər koronavirus xəstəsi var. Onlardan 47 min 839 nəfərinin vəziyyəti ağırdır.
Tarix: 7-04-2020, 22:15
Xəbəri paylaş





Xəbər lenti