Liviyada Milli Razılıq Hökumətinə bağlı qüvvələr Xəlifə Haftara ağır zərbələr endirib.
Axar.az xəbər verir ki, bu barədə hökumətə bağlı “Qəzəb vulkanı” əməliyyat qərargahının mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Milli Razılıq Hökumətinin hərbi hava qüvvələri aralarında Birləşmiş Ərəb Əmirliklərinə aid 2 hərbi zirehli avtomobilin də olduğu konvoyu vurub.
Haftara aid hərbi konvoyun paytaxt Tripolinin cənubunda Tərxunə və Bani Valid şəhərlərini birləşdirən yolda hərəkət edərkən vurulduğu deyilir.