Kritik gəlişmə: NATO-nun aerodromu darmadağın edildi – 5 raket zərbəsi

NATO-nun Əfqanıstanın Parvan əyalətindəki avibazasına 5 raket atılıb.

Teleqraf.com xəbər verir ki, raket zərbələri Baqram aerodromuna tuş gəlib.

“Səhər saatlarında Baqram aerodromuna beş raket zərbəsi vurulub. Xəsarət alanlar və 

yaralananlar olmayıb. 

Tərəfdaşlarımız Əfqanıstan Milli Təhlükəsizlik Qüvvələri ilə birlikdə hadisəni araşdırır”, 

- NATO-nun açıqlamasında qeyd edilib.

“Röyter” agentliyi hücumun məsuliyyətini İŞİD terror təşkilatının öz üzərinə götürdüyü bildirilib.


Tarix: 9-04-2020, 16:29
Xəbəri paylaş





Xəbər lenti