ABŞ hərbi sənayesi bütün dünyanı mat qoyan hərbi yeniliyə imza atıb.
Moderator.az xarici mediaya istinadən xəbər verir ki, bu yenilik dünya hərb tarixində ilk dəfə olaraq mərmi-dronların istehsalı ilə bağlıdır. Belə ki, mərmi böyüklüyündə olan və qumbaraat vasitəsi ilə hərəkətə gətirilən bu dronlar iki kilometr məsafə qət etmək, 25 dəqiqə ərzində havada qalmaq imkanına malikdir. Idarə edilə bilməsi, habelə havada olduğu müddətdə çəkdiyi görüntüləri videoötürücü vasitəsi ilə bəlli bir mərkəzə ötürmək qabiliyyəti mərmi-dronların əsas üstünlüyü hesab edilir.
Bundan başqa, ənənəvi dronlarla müqayisədə dəfələrlə kiçik olması mərmi-dronların qarşı tərəfdən təqib edilməsi və neytrallaşdırılması imkanını da minimuma endirir.
Hərbi ekspertlər hesab edir ki, mərmi-dronların istehsalı hərb tarixində yeni bir dönəmin başlanğıcına səbəb olacaq, müasir hərbin simasını özünəməxsus şəkildə dəyişəcək.