Koronavirus günlərində belə ABŞ-da “fil”lərlə “eşşək”lərin müharibəsi bitməyib

 

 

COVİD-19 epidemiyasının ən şiddətli olduğu bölgə hazırda Amerika Birləşmiş Ştatları sayılır.

Lakin bu belə respublikaçılarla demokratlar arasındakı dərin antoqonizmi səngitməyib.

Amerikalılar hazırda başlarına gələn bədbəxtliyi 1945-ci il Perl-Harbor hücumu, 2011-ci ildəki 11 sentyabr terror aktı ilə müqayisə edirlər. Lakin bu belə siyasi siniflərin barışmasına yol açmayıb. Konqres iqtisadiyyatın qurtuluşu üçün Ağ Ev tərəfindən gətirilən yardım paketinə yekdilliklə səs versməsinə rəğmən demokratların prezident Trampa olan kini bitmir.

ABŞ-dakı siyasi mənzərə Fransanın “Le Monde” qəzetinin yazarı Adrian Jomes tərəfindən təsvir edilməyə çalışılıb.

Battle for future of France's Le Monde paper | Financial Times

“Hazırda “qırmızı” (respublikaçı) Amerika ilə “göy”(demokrat”) Amerika arasında əsl müharibə gedir. İndi ölkənin siyasi elitasının mübarizə meydanı “ukraynageyt”məsəlsəindən “COVİD-19” və onun tibb sahəsində törətdiyi böhrana keçib. Koronavirus epidemiyasına münasibət belə, dar siyasi bucaqdan və maralardan təfsir edilməyə başlayıb. Lakin burada da prezident Tramp hadisələrin mərkəzində durur”, deyə müəllif yazır.

Demokratlar prezidenti virusun yayılması ehtimalına gec reaksiya vemrəkdə suçlayırlar. “70 günümüz imtina, qorxu və əsassız ləngitmələr içində keçdi”,-deyə Trampa qarşı kəskin müxalif mövqedə olan “The Washington Post” yazır. 

Sprawling freelancer network pays dividends for The Washington ...

ABŞ-ın virusdan ən çox zərər görən ştatında (Nyu-York) çıxan və Ağ Evə qarşı mövqedə dayanan “The New York Times” qəzeti də Tramp adminitrasiyasının əvvəldən pandemiyaya ciddi yanaşmadığını, hökumətdə hazırda ziddiyət və başıpozuqluğun hökm sürdüyünü yazıb.

“Həqiqətən respublikaçılar böhranı öncələr tamam başqa cür yozdular. ABŞ-da “COVİD-19” haqqında xəbərlər çıxmağa başlayanda onlar bunu rəqiblərinin növbəti media oyunu olaraq gördülər. Hətta Tramp özü belə demokratların koronavirusu qəsdən şişirtdiyini və siyasiləşdirdiyini demiş və bu fikrini bu ilin fevral ayının 28-də, Cənubi Karolina ştatında dilə gətirmişdi”, - deyə “Le Monde”un yazısında qeyd olunur.

Trampa yaxın media qurumu sayılan, “Fox News” kanalının ulduz aparıcısı Taker Karlson prezidenti epidemiyanın təhlükəsi barədə xəbərdar edən ilk respublikaçılardan olub. Onun “Vanity Fair” jurnalına verdiyi müsahibədə söylədiyi sözlər diqqətə layiqdir: “Həmin vaxt Trampın seçiciləri belə bununla bağlı çıxan informasiyalardan dövlət başçısına zərər vurmaq üçün istifadə edildiyini düşünürdü. Ona görə onları problemin siyasi məsələ olmadığı yöndə inandırmaq çətin oldu”,-deyə məqalədə Taker Karlısonun həmin müsahibəsindən sitat gətirilib.

Fox News Stars Push Back as Trump Demands Loyalty: We Don't 'Work ...

Lakin iqtidar düşərgəsi indi ayılıb və Tramp ölkədə hərbi vəziyyət elan edərək hər kəsi ətrafına toplamağa başlayıb. Üstəlik respublikaçılar yaranan duruma görə demokratları və keçmiş prezident Barak Obamanı günahkar çıxarmağa başlayıblar. Onların fikrincə, keçmiş prezident xələfinə olduqca qeyri-effektiv səhiyyə sistemi buraxıb gedib. 

“Hər bir halda iki düşərgəni liderləri bu parçalanmış atmosferin ortadan qalması üçün müəyyən addımlar atmağa başlayıblar. Məsələn bu həftənin əvvəlində Demokrat partiyasının prezidentliyə vahid namizədi, hazırda karantin rejimində evdə qalmağa məcbur olan Co Bayden prezident Trampa zəng vuraraq ona koronavirusla mübarizdə uğurlar arzilayıb. Tramp is sosial media hesabında “mən həmişə demişəm ki, Bayden yaxşı oğlandır”,-deyərək rəqibinə isti mesaj yollayıb”, - deyə Adrian Jomes sonda yazıb.

Musavat.com

Tarix: 11-04-2020, 21:39
Xəbəri paylaş





Xəbər lenti