Dünyada yayılan koronavirus ənənələri də dəyişir.
Belə ki, Pasxa bayramının da iştirakçılar olmadan keçirilməsi qərara alınıb.
Cebhe.info xəbər verir ki, Rusiya paytaxtı Moskvada 13-19 aprel tarixləri arasında ənənəvi olaraq keçirilən mərasimlər iştirakçı olmadan ancaq kilsənin daxilində bir neçə könüllünün iştirakıyla təşkil olunacaq. Bu barədə qərar verilməsi üçün paytaxtın Sanitariya İdarəsi müvafiq dövlət qurumları qarşısında məsələ qaldırıb. Eyni zamanda, bu günlər ərzində məzarlıqlar bağlanıb və ziyarətçilərin gedişi qadağan olunub. Bu həftə ərzində məzarlıqlar ancaq dəfn mərasimi üçün açılacaq. Ənənəvi olaraq bayram həftəsində məzarlıqlara açılan puluz nəqliyyat xətləri də bağlanacaq.
Məzarlara xidmət edən "Ritual" təşkilatı isə onlayn xidmət göstərəcək. İstəyənlər bi xidmət vasitəsilə doğmalarının məzarına gül göndərə, məzarın ətrafını təmizlədə bilərlər.