"Dəlisov Tramp Amerika demokratiyasının karikaturası idi, qoca Bayden isə..." - Ekspert
"ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələrinə “soyqırım” deməsi nə hüquqi məsuliyyət yaradır, nə də tarixi dəyişir. Amna Baydenin özünə və ABŞ-ın xarici siyasətinə münasibəti dəyişir".Pravda.az xəbər verir ki, bu barədə ekspert Qulu Məhərrəmli bildirib.
O sosial şəbəkə hesabında qeyd edib ki, dəlisov Tramp Amerika demokratiyasının karikaturası idi, qoca Bayden isə dövlət maraqlarının tapdalanmasının və məhəlli komformizmin təmsilçisi oldu:
"Bu məsələdə Ermənistanın geniş mənada heç bir uduşu yoxdur, onsuz da təbliğatlarını aparırlar. Türkiyə isə olaya impulsiv yanaşmayacaq, hərbi gücünü artırmaqda davam edəcək, ABŞ-la münasibətlərdə bir müddər soyuqluq yaranacaq. Bəzi zərərləri gözlənilsə də Azərbaycan Türkiyənin yanında olacaq, eyni zamanda özünün ərazi bütövlüyü məsələsini və 30 illiyi yaxınlaşmaqda olan Xocalı soyqırımını gündəmdə saxlayacaqdır".
Siyasi şərhçi ABŞ-ın dünyada həyata keçirdiyi soyqırımı və qətliamlara dair qrafik də paylaşıb:
Neqativ.com
Tarix: 25-04-2021, 14:59