İndi də Ukrayna Donbassda cəbhə xəttinə hərbi texnikalarını yerləşdirir
Ukrayna qüvvələri 40-dan çox tank, 3 ədəd zirehli döyüş maşını və 2 zirehli transportyoru Kiyevin nəzarətində olan əraziyə gətirib. Ovqat.com xəbər verir ki, “LXR” xalq milisi “Vesti-Novosti”-yə bu barədə məlumat verib.
Məlumata görə, bundan əlavə Rayqorodok ərazisində də ZRK 9K33 "Osa" zenit-raket kompleksi yerləşdirilib.
“DXR” “xalq milisi” isə xəbər portalına Donbassda Kiyevin nəzarətində olan ərazidə aralarında ZRK "Osa" və BMP-2-lərin də olduğu 10 ədəd texnikanın yerləşdirildiyini bildirib.
Tarix: 26-04-2021, 00:04