ABŞ Ukraynanın NATO-ya üzvlüyünü dəstəklədiyini bəyan etdi


ABŞ Ukraynanın NATO-ya üzvlüyünü dəstəklədiyini bəyan etdi
ABŞ Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləyir. 
 
Moderator.az TASS-a istinadla xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibinin müavini Karin Jan-Pier açıqlama verib.
 
“ABŞ Prezidenti Co Bayden Administrasiyası Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləyirmi?” sualına Ağ Ev sözçüsü belə cavab verib: "Bəli, dəstəkləyirik".
 
“Bayden Administrasiyası öhdəliklərini yerinə yetirən namizədlər üçün NATO qapılarının hər zaman açıq qalmasının tərəfdarıdır”, mətbuat katibinin müavini belə deyib.
 
O, ABŞ dövlət katibi Entoni Blinkenin Ukraynanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyini, NATO-ya üzvlüyünü dəstəkləmək üçün Kiyevə səfər etdiyini xatırladıb. 
 
Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski Blinkenlə görüşdə ittifaqa üzv olmaq üçün ABŞ-dan kömək istəyib. 

Tarix: 6-05-2021, 23:32
Xəbəri paylaş





Xəbər lenti