Tatarıstanda matəm elan olunub


Tatarıstanda matəm elan olunub
Respublika 12 mayı matəm edəcək
 
Rusiyanın Tatarıstan Respublikasında 12 may matəm elan olunub. AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, matəmin səbəbi Kazan məktəbindəki faciə səbəbindəndir.
 
Tatarıstan Prezidentinin Mətbuat Xidmətindən bildirilib ki, 12 may Respublikada matəm olacaq, bayraqlar endiriləcək və qurbanlar yad olunacaq.
 
Qeyd edək ki, bu gün Kazan şəhərində orta məktəbdə baş vermiş silahlı insident zamanı müəllim və şagirdlər öldürülüb.
Tarix: 11-05-2021, 16:39
Xəbəri paylaş





Xəbər lenti