"İsrailin atəşi dayandırması kifayət etmir" - Fələstinin xarici işlər naziri



İsrailin atəşi birtərəfli qaydada dayandırılmasını elan etməsi yaxşı əlamət olacaq, ancaq belə addım kifayət deyil.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Fələstinin xarici işlər naziri Riyad əl-Maliki jurnalistlərə BMT qərargahında bildirib.
"Ola bilər, onlar birtərəfli qaydada barışığı elan edəcəklər. Bu yaxşıdır, kütləvi qətllər, təcavüz dayanacaq. Amma bu tamamilə kifayət etmir", - o deyib.
Qeyd edək ki, İsrailin Nazirlər Kabineti Qəzza sektoruna zərbələrin dayandırılması barədə qərar qəbul edib.
Tarix: 21-05-2021, 09:10
Xəbəri paylaş





Xəbər lenti