Yerdə dayanan Su-30SM döyüş təyyarəsinin heyəti katapult edib

Yerdə dayanan Su-30SM döyüş təyyarəsinin heyəti katapult edib
Rusiyanın Su-30SM qırıcısı ilə yeni hadisə Krımda baş verib. İki pilotun yerdəki qırıcıdan atıldığı bildirilir.
 
Moderator.az TASS-a istinadla xəbər verir ki, hadisə cümə günü Krımdakı Saki hava limanında qırıcını havaya qalxmağa hazırlayarkən baş verib. Yerdə dayanan Su-30SM qırıcısının katapult sistemi, hər iki pilot kabinədə olarkən anormal rejimdə işləyib. Hadisə nəticəsində hər iki pilot sağ qalıb, texnik isə yanıq xəsarətləri alıb.
 
Hadisənin təfərrüatları barədə məlumat verilmir. 
 
Cənub Hərbi Dairəsinin mətbuat xidməti bu faktı təsdiqləyib, lakin təfərrüatlarını açıqlamayıb.
 
Məlumatda deyilir: "Mayın 21-də Saki hava limanında Su-30SM təyyarəsinin planlaşdırılan uçuşuna hazırlıq zamanı katapult sisteminin anormal işə düşməsi baş verib. Katapult nəticəsində heç kim zərər görməyib. Hər iki pilot sağdır".
 
Qeyd edək ki, bu, katapult sisteminin anormal istismarı ilə bağlı bu ilin əvvəlindən bəri artıq ikinci məlumatdır.  Martın 23-də Tu-22M3 uzaq mənzilli bombardmançının uçuşa hazırlıq zamanı Kaluga bölgəsindəki aerodromda katapult kresloları atılmışdı, nəticədə təyyarə heyətinin üç üzvü ölmüşdü, biri isə sağ qalmışdı

Tarix: 23-05-2021, 10:01
Xəbəri paylaş





Xəbər lenti