Suriyada PKK terrorçuları məhv edilib
Terrorçular əməliyyat zonasına hücum etməyə hazırlaşarkən zərərsizləşdiriliblər Türkiyə Silahlı Qüvvələri Suriyada əməliyyat keçirib. AYNA xəbər verir ki, bu barədə qardaş ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, “Barış pınarı” əməliyyat zonasında PKK/YPG terror qruplaşmasının 6 terrorçusu məhv edilib.
Terrorçular əməliyyat zonasına hücum etməyə hazırlaşarkən zərərsizləşdiriliblər.
Tarix: 24-05-2021, 08:17