Rusiya 9 kanadalı məmurun ölkəyə girişini yasaqladı - SİYAHI


Rusiya 9 kanadalı məmurun ölkəyə girişini yasaqladı -       SİYAHI
Qərar Kanadanın martın 24-də qəbul etdiyi sanksiya qərarına cavabdır
 
Rusiya doqquz kanadalı rəsmi şəxsin ölkəyə girişinə qadağa qoyub. AYNA xəbər verir ki, bununla bağlı Rusiya XİN-in sözçüsü Mariya Zaxarova yazılı açıqlama yayıb.
 
O bildirib ki, qadağa həmin şəxslərin Rusiyaya qarşı münasibətin formalaşması və tətbiqindəki rollarına görə qoyulub:
 “Kanada administrasiyası müxtəlif səviyyələrdə Rusiyaya qarşı təşəbbüsləri dəstəkləyir. Ottava Ukrayna və Baltikyanı ölkələrin Rusiyaya qarşı əsassız ittihamlarına dəstək verir, Rusiyanın daxili işlərinə qarışmağa təşəbbüs göstərir”.
 
Zaxarova əlavə edib ki, sözügedən qərar Kanadanın martın 24-də qəbul etdiyi sanksiya qərarına cavabdır.
 
Rusiyanın sanksiya tətbiq etdiyi kanadalı rəsmilərin siyahısı belədir:
 
Ədliyyə naziri və baş prokuror Devid Lametti
 
Federal Penitensiar Xidmət rəisi Anne Kelli
 
Atlı Polis komissarı Brenda Laki
 
Prezident Administrasiyası Daxili siyasət idarəçiliyi rəhbəri Marsi Sarkes
 
Regional əlaqələr naziri Dominik LeBlank
 
Milli müdafiə nazirinin müavini Codi Tomas
 
Baş qərargah rəisinin müaavini Mayk Roula
 
Atlı Polis komissarının müavini Brian Brennan
 
Silahlı Qüvvələr Təhlükəsizlik rəhbəri Skott Bişop.
Tarix: 8-06-2021, 08:31
Xəbəri paylaş





Xəbər lenti