Türkiyədə COVID-19 ilə mübarizə çərçivəsində 15 ay sonra nomallaşmaya geri qayıdıldı


Türkiyədə bu gündən etibarən koronavirusla mübarizə çərçivəsində normallaşmanın üçüncü mərhələsinə başlanılıb.

Yeniavaz.com
Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu qərar Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən yayımlanıb. Beləliklə Türkiyədə 15 aydan sonra koronavirusla mübarizə çərçivəsində normallaşma müddətinə keçid alınaraq, bir çox məhdudiyyətlər aradan qaldırılıb.
Bu gündən ölkədə küçəyə çıxmaq qadağası tamamilə ləğv edilir.
Yeyib-içmə yerləri üçün nəzərdə tutulmuş bir çox qadağalar ortadan qaldırılır.
Bütün şəhər və ya şəhərlərarası ictimai nəqliyyat vasitələrində sərnişin və oturacaq tutumu məhdudiyyətləri sona çatdırılıb. Sərnişin daşımada maskalardan istifadə olunacaq. 65 yaşdan yuxarı vətəndaşlar, 18 yaşınadək gənclər və uşaqlar da şəhərdə heç bir vaxt məhdudiyyəti olmadan ictimai nəqliyyatdan istifadə edəcək.
Dövlət müəssisə və təşkilatlarında tətbiq olunan 10.00-16.00 iş saatları sona çatdırılıb və normal iş saatına geri qayıdılıb.
Toy və şənliklərin bəzi qaydalara əməl etmək şərtilə, istirakçı sayına məhdudiyyət qoyulmayacaq.
Gəzinti və istirahət yerlərində hər kvadrat metrə 4 nəfərlik ziyarətçi planlaması həyata keçirləcək. Gəzinti sahələrindəki masalar arasında ən az üç metr məsafə olacaq.
Konsertlər, festivallar və gənclər düşərgələri kimi yerlərdə tədbirlər adambaşına minimum 4 kvadrat metr, qapalı ərazilərdə 6 kvadratmetr olmaqla təşkil edilə bilər.
Bundan əvvəl COVID-19 tədbirləri səbəbilə fəaliyyəti dayandırılmış kinoteatrlar, hamamlar, sauna, masaj salonları və əyləncə yerləri kimi müəssisələr də açılacaq.
Qeyd edək ki, bir çox məhdudiyyətlərin aradan qaldırılmasına baxmayaraq, ölkə ərazsində maska taxmaq və sosial məsafəyə əməl etmə qaydaları qalmaqda davam edir.
Tarix: 2-07-2021, 00:15
Xəbəri paylaş





Xəbər lenti