İsraildə aktiv koronavirus xəstələrinin sayı 2 mini ötdü

İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 285 nəfər yoluxub.
 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
 
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 842 062 nəfərə, ölənlərin sayı isə 6 429 nəfərə çatıb.
 Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 833 579 nəfəri sağalıb, aktiv xəstələrin sayı 2 054 nəfərə qədər artıb.
Tarix: 2-07-2021, 09:11
Xəbəri paylaş





Xəbər lenti