Orban ‘Mətbuat azadlığının düşmənləri’ siyahısında

Macarıstan RSF-in builki Dünya Mətbuat Azadlığı İndeksində 180 ölkə içində 92-ci yerdədirSərhədsiz Reportyorlar Təşkilatı (RSF) Macarıstanın Baş naziri
Viktor Orbanı özünün illik “mətbuat azadlığının düşmənləri” siyahısına
salıb. Avropa Birliyindən hökumət başçısı ilk dəfədir bu siyahıya salınır. Sözügedən sıralamada Şimali Koreya lideri
Kim Conq-un, Suriya Prezidenti
Bəşər əl-Əsəd və digərləri yer alır.
“Yırtıcı metodlar”Media qurumunun iyulun 5-də yaydığı məlumata görə, Orban və onun Fidesz partiyası 2010-cu ildə hakimiyyətə gələndən “Macarıstanın media mənzərəsini addım-addım nəzarətə alıblar”.
“İctimai yayımçılar MTVA dövlət media holdinqinin əlində mərkəzləşib, buraya Macarıstanın yeganə xəbər agentliyi olan MTI da daxildir”, – RSF bildirir.
Qrup Orbanın media orqanlarını “yırtıcı metodlar”la hədəfə aldığını, “siyasi-iqtisadi maxinasiyalar, gözdənsalma, özünüsenzura”nı əhatələdiyini deyir.
500-dək media şirkəti holdinqə birləşdirilibRSF qeyd edir ki, Macarıstanda regional mətbuat 2017-ci ilin yayından Orbana dost sahibkarların əlinə keçib.
“2018-ci ilin payızında 500-dək hökumətyönlü media şirkətinin fəaliyyətini mərkəzdən koordinasiya etməkdən ötrü holdinq şirkətinə birləşdirilib”, – RSF vurğulayır.
Macarıstan RSF-in builki Dünya Mətbuat Azadlığı İndeksində 180 ölkə içində 92-ci yerdədir.
“Mətbuat azadlığının düşmənləri” siyahısına bu azadlığı amansızcasına boğan 37 dövlət və hökumət başçısı salınıb.
İranın Ali dini lideri Ayətulla
Əli Xameneyi, Rusiya Prezidenti
Vladimir Putin, Belarusu idarə edən
Alyaksandr Lukaşenka, Çeçenistan lideri
Ramzan Kadırov, Tacikistan prezidenti
Emomali Rahmon və Türkmənistandan
Qurbanqulu Berdimuhammedov da siyahıda yer alıb.
Azadlıq radiosu
Tarix: 6-07-2021, 09:05