"Merkel Baydenə “Şimal axını-2” məsələsində rədd cavabı verib" - “Bloomberg”


Almaniya kansleri Angela Merkelin Vaşinqtonun “Şimal axını-2” layihəsi ilə bağlı tələblərini geri çevirərək əslində ABŞ prezidenti Co Baydeni təhqir etmiş olub.
 
Musavat.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyinin icmalçısı Andreas Klyutun məqaləsində yazılıb.
 
Məqalə müəllifi Angela Merkelin Birləşmiş Ştatlara gözlənilən rəsmi səfərinin ağır keçəcəyini vurğulayıb. “Burada tərəflər transatlantik harmoniyanın hökm sürdüyünü göstərməyə çalışacaqlar. Lakin bunun yerinə amerikalıların sifətlərində dərin məyusluq, almanların simalarında isə narahatlıq sezəcəyik”,-deyə müəllif bildirib.
 
Yazıda Angela Merkelin iki dəfə ABŞ-ın hazırkı prezidenti Co Baydenin istəklərinə məhəl qoymadığı vurğulanıb. İlk olaraq hələ ötən ilin dekabrında, yəni Co Bayden and içərək vəzifəsini icra etməzdən qabaq Çinlə Avropa Birlyi arasında investisiyalar arasında razılaşmaları sürətləndirməklə münasibətlərə zərbə vurulub. Ekspertlərin fikrincə, ABŞ-ın Pekini əngəlləməklə bağlı atdığı addımlara kömək göstərmək yerinə Merkel Avropanın əlində hərəkət etmək üçün daha çox variantın olmasını istəyir.
 
İkincisi, daha ağır təhqir ABŞ-ın hər iki hakim partiyasının nüfuzlu xadimlərinin israrlı tələblərinə rəğmən Almaniyanın Rusiya ilə imzalanan enerji layihələrindən vaz keçməməsi olub.
 
Andreas Klyutun bütün bunların AFR-in A.Merkeldən sonra hakmiyyətə gələcək növbəti kansleri üçün böyük problemlər yaradacağını düşünür. Onun qənaətinə görə, “Şimal axını-2” hələ uzun illər ABŞ-Almaniya münasibəltərində dərin kölgə salacaq.

Tarix: 13-07-2021, 22:34
Xəbəri paylaş





Xəbər lenti