Paşinyan saatda 150 kilometr sürətlə və yüzlərlə polisin müşaiyəti ilə kəndinə getdi



Bu gün, təxminən elə indiki saatlarda Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan yüzlərlə polisin müşaiyəti ilə Azərbaycanla həmsərhəd Tavuş vilayətinə, doğma şəhəri İcevana gedib. Virtualaz.org xəbər verir ki, bu haqda “Hraparak.am” yazır. Bildirilir ki, səfərdə Nikol Paşinyanı onun uşaqlıq dostu və Ermənistan polisinin rəisi Vaqe Kazaryan müşaiyət edir.

O da qeyd olunur ki, Paşinyanı müşaiyət edən avtomobil karvanı Sevan şossesi ilə çox yüksək - saatda 150 kilometrdən az olmayan sürətlə hərəkət edir. Paşinyan və ailə üzvlərinin məqsədi Tavuş vilayətində Vardavar adlı erməni dini bayramını qeyd etməkdir. Həmin bayram bu günə-iyulun 25-nə təsadüf edir.
Nəşr xatırladır ki, ötən il də koronavirusun tüğyan etdiyi bir vaxtda “Tavuş elitası” (Paşinyan və hakimiyyətdəki digər tavuşlular) orada çoxlu adamın iştirakı ilə bayram keçirmişdilər, sonra bayram Paşinyanın anasının kəndində-Yenokavanda davam etmişdi.
Xatırladaq ki, bundan əvvəl erməni mediası Paşinyanın qızının da tez-tez ata-baba yurduna istirahətə getdiyini, bu zaman onu azı 8 avtomobildən ibarət kortejin müşaiyət etdiyini yazırdı.
Tarix: 25-07-2021, 23:19
Xəbəri paylaş





Xəbər lenti