Ermənistanda müxalifətçi deputat Zarui Postancyanın ərinin avtomobili partladıldı

Ermənistanda naməlum şəxslər müxalif siyasətçi Zaruhi Postancyanın həyat yoldaşı Suren Drampyanın avtomobilini partladıb. Bu barədə “Sputnik Armeniya” Postancyana istinadən yazır. Erməni siyasətçinin sözlərinə görə, maşın yaşadıqları evin həyətində partladılıb. Parlayış nəticəsində qonşulardan birinin yaxınlıqda dayanmış avtomobili də zədələnib. Qeyd olunur ki, hər iki avtomobil qaz xəttinin altında dayanmışdı və əgər qonşular yanğınsöndürənləri dərhal çağırmasaydılar, nəticələr ciddi ola bilərdi. Postancyan bəyan edir ki, avtomobilin partladılması hökumətin işidir. O, artıq hüquq-mühafizə orqanlarına müraciət edib.
"Ərimin şəxsi düşmənləri yoxdur və biz bu hadisəni mənim siyasi fəaliyyətimlə əlaqələndiririk",-Z.Postancyan bildirib.
Tarix: 5-08-2021, 13:41