Trampdan koronavirus AÇIQLAMASI – “Labaratoriyada yarandığını deyəndə haqlı idim”

ABŞ -ın keçmiş prezidenti Donald Tramp yeni koronavirusun laboratoriya mənşəli olması ilə bağlı haqlı olduğunu açıqlayıb.Siam.az xəbər verir ki, keçmiş Amerika lideri fikirlərini “Fox News”-a bölüşüb.
"Çin virusu adlandırıram, çünki oradan yayılmağa başladı. Laboratoriyada ortaya çıxdı. Daha əvvəl də demişdim ki, bu virus laboratoriyada üzə çıxıb. Amma indi hamı bunu təsdiqləyir. Mən haqlı idim"- deyə eks-prezident bildirib.
Onun sözlərinə görə, “Twitter” də daxil olmaqla sosial şəbəkələrin rəhbərliyi, koronavirusla bağlı təsdiqlənməmiş məlumatları, o cümlədən laboratoriya mənşəli olması nəzəriyyəsini yayımlayan insanları aktiv şəkildə blok edib. "Tamamilə dəhşətlidir" deyə Tramp əlavə edib.
Bizim.Media
Tarix: 9-08-2021, 07:59